Novruz bayramına qədər 6 min manata qədər olan bank borcları SİLİNƏCƏK? - AÇIQLAMA

Novruz bayramına qədər 6 min manata qədər olan bank borcları SİLİNƏCƏK? - AÇIQLAMA Bankların təklif etdiyi kreditlər bir sıra problemlər ilə bağlı yaxşı həll yolu olsa da, vətəndaşlar ödəniş zamanı çətinliklə üzləşir. Belə ki, banklar müqavilə müddətində müştəriləri üçün kredit ödəmə şərtləri yaradırlar. Vətəndaşın kredit şərtlərini mütəmadi olaraq yerinə yetirməsi və kreditin ümumi borcunu ödəməsi vacibdir. Banklar borcunu gecikdirən yaxud borcunu ödəməyən müştərilərinə müxtəlif sanksiyalar tətbiq edir. Bu sanksiyaların fəaliyyət dairəsi əksər hallarda kifayət qədər geniş ola bilər. Vətəndaşların banklardan aldığı ən çox məbləğ isə 6 min manata qədər olan vəsaiti əhatə edir. Bu baxımdan qarşıdan gələn Novruz bayramı ilə əlaqədar vətəndaşların 6 min manata qədər olan bank borcları silinə bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib:

"İlk olaraq qeyd edim ki, bank borclarının silinməsi ilə bağlı heç bir gözlənti yoxdur. Bənzər vəziyyət Azərbaycanda nadir hallarda rast gəlinən bir təcrübədir. Xüsusi şərtlər daxilində borcun silinməsi qeydə alınır. Novruz bayramı yaxud hər hansı bir bayram ərəfəsində borcların silinməsi təcrübəsi ölkədə tətbiq olunmayıb. Belə bir təcrübə olarsa belə, bu özü maliyyə intizamsızlığını ciddi şəkildə artıra bilər. Bu maliyyə bazarları üçün çox böyük risklərə gətirib çıxara bilər. Düşünmürəm ki, hökumət cari şərtlər daxilində bənzər qərar qəbul etsin".

Tehsil-press.az

Oxşar xəbərlər