Bankda manatla pulu olanların NƏZƏRİNƏ: "Dollar qalxarsa...."

Bankda manatla pulu olanların NƏZƏRİNƏ: Bir çox insanlar gələcək üçün yığdığı pulunu banklara qoyur və faizlərlə gəlirini artırır. Lakin pulunu banklara etibar etməkdə çətinlik çəkənlər də var.

Bəs banka hansı valyutada pul qoymaq sərfəlidir?

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının sədri Fərəc Axundov bildirir ki, rəsmi rəqəmlərə əsasən, əhali daha çox manata güvənir. Bunun səbəbi manatla olan depozitin faizinin xarici valyutadan daha çoxdur. Banklar tərəfindən müştərilərə 6 aydan 36 aya qədər əmanətlər faizləri təklif olunur. Həm də eyni vaxtda müştərilərin istəyi ilə müddətin sonunda ya da aylıq faizləri ödəmək nəzərdə tutulub. Hazırda faiz dərəcələri 5 faizdən 12 faizə qədərdir.

Ekspert qeyd edib ki, manat depozitinin üstünlüyü daha çoxdur. Xarici valyutada depozit şərtləri bəzən manatla eyni olmur. Xarici valyutada verginin tutulması vətəndaşların manat depozitinə marağını artırır.

Bəs əmanətlər hansı hallarda qorunur?

Ekspert bildirib ki, depozitlər milli valyutada 12 faizə qədər, xarici valyutada isə 2.5 faizə qədər sığortalanır. Fiziki şəxslərin qorunan əmanətləri 100 min-ə qədər, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manat, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər tam məbləğ sığortalanır.

Qeyd edək ki, vətəndaş əgər qoyduğu depoziti sığortalamazsa, bank bağlananda vəsaitlərini geri qaytarmaqda çətinlik çəkə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər