Emin Ağalarov Prezident və ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı - VİDEO

Emin Ağalarov Prezident və ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı - VİDEO Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında bununla bağlı video görüntülər paylaşıb.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğulları Əli və Mikayıl Ağalarovlar “Sea Breeze” ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrlə tanış olublar.

Xüsusilə, uğurla istifadəyə verilən Park Residences 2 kompleksi nümayiş etdirilib. Bu kompleks çərçivəsində 1260 mənzil olmaqla 10 yeddimərtəbəli yaşayış binası tikilib.

Sakinlərin rahat yaşayışını təmin etmək üçün inkişaf etmiş infrastruktur yaradılıb: hovuzlar, istirahət zonaları salınıb, ərazinin geniş abadlaşdırılması işləri aparılıb.

Biz həmçinin Sea Breeze-in ümumi baş planını və həyata keçirdiyimiz təşəbbüslərin nəticələrini dövlət başçısına təqdim etdik.

Etibarınıza və dəstəyinizə görə təşəkkür edirik!”- E. Ağalarov qeyd edib.

Sözügedən görüntüləri təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər