Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və nazirlik nümayəndələri, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və nazirlik nümayəndələri, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkələrarası mədəni-humanitar əlaqələrin inkişaf perspektivindən danışıblar.

Çıxışların ardınca tədbir qala konsert proqramı ilə davam etdirilib.

Qala gecədə Azərbaycanın incəsənət xadimləri, rəqs ansanblları təntənəli konsert proqramı ilə çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər