Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verilib - Eksklüziv
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə iqtisadiyyat nazirinin müşaviri vəzifəsinin icra edilməsi həvalə edilib.
Bu barədə etibarlı mənbədən bildirilib.
Qeyd edək ki, bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bununla da M.Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsini itirib.
Tehsil-press.az
- Baxış: 108
Xəbərin tarixi: 22.04.2025 / 11:36
-
Oxşar xəbərlər