Q.Ataşova özünü “Gül Əliyeva” kimi təqdim edən Gülsüm Əliyevanın Azərbaycan Tibb Universitetində təhsil almadığını, təhsilsiz şəkildə plastik cərrah kimi fəaliyyət göstərdiyini və hətta ölümə səbəb olduğunu bildirib:
“Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb.
Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.
Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.
Eyni zamanda, Rusiya əsilli Azərbaycan vətəndaşı Zarina Minakovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”.
Jurnalist Q.Ataşova bir neçə gün əvvəlki paylaşımında Gülsüm Əliyevanın VMR Klinikasının sahibi Vüsal Həsənovun həyat yoldaşı olduğunu qeyd etmişdi.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.
Tehsil-press.az