
Aktrisa üzər sözlərini izləyiciləri ilə bölüşüb.
"Yeni yaşım mübarək olsun. Xoş gəldin! Allahıma sonsuz şükürlər olsun, bu yaşımı görməyi mənə qismət etdi. Çox şükür ki, sağlam ruhla, bədənimlə bu yaşıma çatdım. Hər yaşımı sevirəm. Özümü, həyatı çox sevirəm. Əqidəmlə, insani keyfiyyətlərimlə yaşamağı sevirəm. Doğulduğum ayı da, günü də çox sevirəm. İçimdəki uşaq ruhlu, təmiz Məleykənin qəlbini sevirəm. Doğmalarımı hədsiz sevirəm. Sadiqliyimi, yaşadığım torpağımı sevirəm. Səhnəni, obrazlarımı, məni alqışlayan tamaşaçılarımı sevirəm. Allahımı, insanlığı sevirəm" deyə, M.Əsədova paylaşımında yazıb.
Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qız övladı var.
Tehsil-press.az