BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş

BDU-da Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyində "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Milli Məclisin üzvü Sevinc Fətəliyevanın fəaliyyəti haqqında məlumat verib, Universitetdə həyata keçirilən “Heydər Əliyev mühazirələri" layihəsinin əhəmiyyətindən danışıb.

Sonra millət vəkili Sevinc Fətəliyeva "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda mühazirə ilə çıxış edib. O bildirib ki, müstəqil Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib və Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir: “Ulu Öndər azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycan həmişə müstəqil xarici siyasətini yalnız ölkəmizin milli maraqları əsasında aparıb və aparacaq. Azərbaycanın digər dövlətlərlə mehriban qonşuluq münasibətləri həmişə qarşılıqlı faydalı münasibətlər prinsipi üzərində qurulub. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib”.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.

BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş
BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş
BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş
BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş
BDU-da "Heydər Əliyev mühazirələri": Milli Məclisin üzvü Sevinc Fətəliyeva ilə görüş


Tehsil-press.az

Oxşar xəbərlər