Duda: Müharibədən sonra Rusiya və Ukraynada hakimiyyətlər dəyişəcək

Duda: Müharibədən sonra Rusiya və Ukraynada hakimiyyətlər dəyişəcək Sülh üçün hər iki tərəfdən – Rusiya və Ukraynadan kompromislər tələb olunacaq.

Bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Bu gün gəldiyim qənaət tamamilə aydındır: ABŞ-dən başqa Vladimir Putini dayandıra biləcək heç kim yoxdur. Prezident Donald Tramp öz qətiyyəti ilə bu müharibəni bitirə bilər”, - dövlət başçısı qeyd edib.

Polşa lideri hesab edir ki, davamlı sülh qarşılıqlı güzəştlər üzərində qurulmalıdır.

Duda müharibədən və ya sülhün təmin edilməsindən sonra hər iki ölkədə hakimiyyət dəyişikliyi də proqnozlaşdırır:

“Kompromis olmalıdır. Demək istəyirəm ki, sülh heç bir tərəfin bu müharibədə qalib gəldiyini deyə bilməyəcəyi şəkildə olmalıdır, çünki hər bir tərəf müharibədən sonra istefa vermək məcburiyyətində qalacaq.

Ukrayna da müəyyən mənada geri çəkilməli olacaq, bunun baş vermə ehtimalı var. Nə dərəcədə? Bu mərhələdə cavab vermək çətindir. Müharibə Rusiyanı yorur, Vladimir Putin riskli oyun oynayır.

Müharibə Ukraynanı dəhşətli dərəcədə istismar edir. Bu ölkələr müharibəni bitirmək istəyirlər. Onların hər biri bu müharibədə qalib gəlmək istəyir, bu təbiidir”.

Tehsil-press.az


Oxşar xəbərlər