Bakı şəhərində güclü küləklə müşahidə olunan hava şəraiti davam edir.Mövcud hava şəraiti ilə əlaqədar bəzi ərazilərdə ağacların aşması halı müşahidə olunub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, ötən gecə güclü külək altı ağacın aşmasına səbəb olub.
"Birliyin operativ qrupları tərəfindən fəsadlar aradan qaldırılıb",- deyə məlumatda bildirilir.
Tehsil-press.az








.jpg)





