
Təlimin əsas məqsədi tələbələrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında geniş məlumat vermək, onların bu istiqamətdə bilik və təşəbbüskarlığını artırmaq, eləcə də Universitetdə dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılmasına dəstək göstərməkdir.
Çıxışı zamanı Asiman İlyasov tələbələri dayanıqlı inkişaf təşəbbüslərində daha fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, tələbələrin bu sahədə fəaliyyəti Universitetin ümumi inkişaf strategiyasına əhəmiyyətli töhfə verir.
İştirakçılar müxtəlif təşəbbüs və ideyalarla çıxış edərək, ictimaiyyətə yönəlmiş maarifləndirmə kampaniyalarının təşkili, sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürüblər.
Tehsil-press.az