BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi” başa çatıb

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi” başa çatıb Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi” başa çatıb. Həftə çərçivəsində son tədbir “Bərabərsizliyin azaldılması” məqsədinə həsr olunub.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

BDU-nun THİK sədri Zöhrab Cavadzadə həftə çərçivəsində həyata keçirilmiş təşəbbüslərdən, bərabərsizliyin azaldılmasının qlobal və yerli miqyasda vacib bir məqsəd olduğundan bəhs edib.

BDU rektorunun keyfiyyət təminat üzrə müşaviri Asiman İlyasov Universitetin inklüziv cəmiyyət quruculuğu istiqamətində atdığı addımlar barədə tələbələri məlumatlandırıb, bərabərsizliyin azaldılmasının sosial-iqtisadi rifahın və ədalətin təminindəki rolunu vurğulayıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov DİM məqsədlərinin gənclər üçün aktual olduğunu qeyd edib.

Sosial ekspert Elman Süleymanov müxtəlif sahələrdə bərabərsizliyin qarşısının alınmasının vacibliyini real həyatdan misallarla izah edib. O, fiziki məhdudiyyətlərin heç bir halda insana mane olmamalı olduğunu qeyd edərək, tələbələri daha çox maariflənməyə, elmi məqalələr oxuyaraq fərdi inkişaflarını artırmağa çağırıb.

“Əlilliyi olan şəxslərə dəstək” İctimai Birliyinin təsisçisi və direktoru Nigar Ağazadə DİM-in “Bərabərsizliyin azaldılması” məqsədinin qlobal səviyyədə əhəmiyyətini, həssas qruplara – xüsusilə əlilliyi olan şəxslərə qarşı daha diqqətli və anlayışlı münasibətin vacibliyini vurğulayıb.

Sonra Birliyin üzvləri tərəfindən mahnı və rəqslər təqdim olunub. BDU THİK sədri Zöhrab Cavadzadə tədbirdə fəal iştiraklarına görə İctimai Birliyin üzvlərinə təltifnamələr təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər