14 gün çəkən təcrübə müddətində Almatı Dövlət Universitetinin magistrantları Danıyar Aben, Laura Taskul, Asem Suleymanxan, Abdulazizxan Vafayev, Akbota Şaqirova kafedranın dosentləri Sevinc Rəsulova və Nazlı Həsənovanın dərslərində, kafedranın elmi seminarlarında və II kurs magistrlərin dissertasiya işlərinin ilkin müzakirələrində iştirak ediblər. Onlar Universitetin tədris-elmi infrastrukturu, Elmi Kitabxanası, muzeyləri, “Eko Məkan”ı ilə də tanış olublar. Sonda Universitet rəhbərliyi tərəfindən qonaqlara sertifikatlar verilib.
Tehsil-press.az