Yessenov Universitetinin magistrantları UNEC-də təcrübə keçəcəklər

Yessenov Universitetinin magistrantları UNEC-də təcrübə keçəcəklər Qazaxıstanın Yessenov Universitetinin 7 magistrantı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi-tədqiqat təcrübəsi keçəcək.
Elmi-tədqiqat təcrübəsinin əsas məqsədi tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyanın son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi və elmi əlaqələrin genişləndirilməsidir.
Magistrantlar təcrübə dövründə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tədris prosesi ilə tanış olacaq, professorların mühazirələrini dinləyəcək, müvafiq sahə üzrə elmi-tədqiqat araşdırmaları aparacaqlar, eləcə də fakültə və mərkəzlərin iş fəaliyyətini yaxından izləyə biləcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər