Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub

Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Sızdıkovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Rektor Vilayət Vəliyev ilə keçirilən görüşdə qonaqlara Azərbaycan Texniki Universitetində görülən işlər haqqında məlumat verib. Bildirib ki, AzTU və Almatı Energetika və Telekommunikasiya Universiteti müvafiq sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq edə bilər.
Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Sızdıkov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Rektor bildirib ki, AzTU ilə müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində təklifləri dəstəkləyir. O, universitetlər arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan və Qazaxıstan təhsil sahəsinin inkişafına müsbət təsir edəcəyini qeyd edib.
Görüşdə hər iki universitet tərəfindən telekommunikasiya, energetika, avtomatika, aerokosmik texnologiyalar sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın faydalı olacağı vurğulanıb.
Daha sonra qonaqlar AzTU-nun kampusu və maddi-texniki bazası ilə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər