Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bildirilib ki, 25 aprel 2025-ci ildə başa çatan seçkidə IGU-nun 60-dan çox nizamnamə üzvü səs verib.
Yeni formalaşan altınəfərlik komitə Pekində 19-23 may tarixlərində keçiriləcək 29-cu Dünya Qaz Konfransından sonra fəaliyyətə başlayacaq.
Otuz ildən çox neft-qaz sənayesində çalışan Vitali Bəylərbəyov "Azəri-Çıraq-Günəşli" neft yataqları, "Şahdəniz" qaz-kondensat yatağı, Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə kommersiya danışıqları və idarəetməsi proseslərində iştirak edib. O, həmçinin Cənub Qaz Dəhlizi üzrə danışıqlara cəlb edilib və Avropanın qaz təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə genişləndirilməsi üzrə işlərə töhfə verib.
Xatırladaq ki, Azərbaycan qazı bu günə qədər 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 ölkəyə çatdırılır. Bu coğrafi genişlənmə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətini bir daha nümayiş etdirir.
Qeyd edək ki, 1931-ci ildə təsis edilən Beynəlxalq Qaz İttifaqı İsveçrənin Vevey şəhərində qeydiyyatdan keçmiş qlobal təşkilatdır və Katibliyi Böyük Britaniyanın London şəhərində yerləşir.
IGU 80-dən çox ölkədə üzvləri olan, qlobal qaz bazarının 90%-dən çoxunu və qaz dəyər zəncirinin hər bir seqmentini əhatə edən təşkilatdır. IGU Dünya Qaz Konfransı (WGC2025), Dünya LNG Konfransı (LNG2026) və Beynəlxalq Qaz Tədqiqat Konfransı (IGRC2027) kimi beynəlxalq mötəbər tədbirləri təşkil edir.
Tehsil-press.az