
Bu, “SOCAR Midstream Gas Operations” MMC-dir (SMGO) və şirkət bu ay təsis edilib. Dövlət Vergi Xidmətindən bildirmişdi ki, SMGO-nun SMO-dan ayrılması nəticəsində “SOCAR Midstream Operations” şirkətinin nizamnamə kapitalı 59.5 milyon manatdan 1000 manata qədər azaldılıb, onun hüquq və öhdəlikləri isə bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülüb.
Şirkət SOCAR Towers-də dövlət qeydiyyatına alınıb və və onun direktoru Polad Rüstəmov Sabir oğludur.
Keçən həftə bildirilmişdi ki, SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli ilə bağlı bütün əməliyyatların idarə edilməsinə görə məsul olan bölməsidir. Şirkət Azərbaycan və Gürcüstan ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki və kommersiya operatorudur, həmçinin SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və SCP layihələrində maraqlarını təmsil edir.
Tehsil-press.az