Xoşbəxt Yusifzadə: Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib

Xoşbəxt Yusifzadə: Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib Bu günədək Azərbaycan xarici bazarlara 506 milyon ton neft tədarük edib.
Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, 383 milyon ton neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə tədarük edilib.
X.Yusifzadə əlavə edib ki, bu günədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə 1,6 milyard kubmetr qaz ixrac edilib.

Tehsil-press.az



Oxşar xəbərlər