
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dərslikdə Moldovanın bütün vətəndaşları rumınlar kimi təqdim olunur və ayrıca Moldova millətinin mövcudluğu rədd edilir”, – “RİA” yazıb.
Bildirilir ki, dərslikdə Moldova ərazisinin rumın xalqlarının ilkin torpağı olduğu vurğulanır və moldovlıların ayrı yaşamaq hüququ tanınmır:
“1918-ci ildə Moldovanın Rumıniyaya birləşməsinin zəruriliyini izah edən fəsildə isə Milli Moldova Partiyasının üzvü Teofil İonkunun “Moldova milləti yoxdur” və “Moldova” ilə “moldovalılar” anlayışlarının yalnız coğrafi mənşəyə əsaslandığı fikirləri yer alır”.
Tehsil-press.az