
Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Məlumata görə, Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov XİN-ə dəvət olunub və ona səfirliyin 3 əməkdaşının “arzuolunmaz şəxs” elan olunduğu nota təqdim edib. Moldova XİN-in məlumatına əsasən, buna səbəb həmin şəxslərin respublika ərazisində diplomatik statusa zidd fəaliyyətləri ilə bağlıdır.
Öz növbəsində Rusiya XİN-dən də bu bəyanata cavab gecikməyib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın bu addımına cavab verəcəklərini bildirib.
“Moldovanın rus diplomatlarına qarşı düşmənçilik hərəkətləri adekvat sərt cavabsız qalmayacaq”, – o deyib.
Tehsil-press.az