Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib Voleybol idman növü üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.

Yarış “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarış Şəki şəhəri 7 nömrəli tam orta məktəbin idman zalında keçirilib.

Final mərhələsinə 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, Qəbələ uşaq-gənclər idman-şahmat məktəbi, Şəki uşaq-gənclər idman-şahmat məktəbinin komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, final mərhələsi 5 iyun 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər