
Karyera Festivalında BDU-nun tələbə və məzunlarına 100-dən çox işəgötürən 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.
"Açıq qapı" formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.
Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili nəzərdə tutulub.
Tehsil-press.az