Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı Azərbaycanda 3 pilləli devalvasiyadan həmən sonra dəfələrlə ictimai çıxışlarımızda təklif etmişdik ki, kiçik-orta sahibkarlar, sadələşdirilmiş vergi ödəyiciləri üçün illik 200 min manatlıq limit artırılsın, çünki məntiqsizlik var, 200 min limiti keçənlərin həmən 18% ƏDV-yə cəlb edilməsi doğru deyil, limit çox kiçikdir.

Bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Maliyyə Nazirliyi indi bu məsələyə baxıldığını elan edib:

“200 minlik limit artırılacaq. Məncə, limit ən azı 500 min manat olmalıdır, amma yaxşı olar ki, birdəfəlik 1 mln. manata qaldırılsın, vergi dərəcəsi də Bakı və Abşeron üçün 4%, regionlar üçün isə 2% müəyyənləşsin - əminəm ki, bu, kiçik-orta sahibkarlar üçün çox ciddi dəstək və stimul olacaq. Maliyyə Nazirliyinin bu təşəbbüsünü alqışlayıram”.

Tehsil-press.az

Oxşar xəbərlər