Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimə olunması haqda qərar ləğv edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir. Qeyd edək ki, həmin maddədə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulurdu. Tehsil-press.az
- Baxış: 5799
Xəbərin tarixi: 21.05.2016 / 07:45
-
Oxşar xəbərlər