
İnstitutdan bildirilib ki, razılaşmanın məqsədi yaşıl hidrogenin istehsalı, saxlanması, daşınması və tətbiqi sahəsində birgə tədqiqatlar, texnoloji innovasiyalar, akademik əməkdaşlıq və bilik mübadiləsi üçün multidisiplinar platforma yaradılmasıdır.
Laboratoriya Elm və Təhsil Nazirliyi yanında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-tədqiqat bölməsi - Nanoelektrokimya və Elektrokataliz laboratoriyası (Azərbaycan tərəfi) və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun elmi-tədqiqat bölməsi - Tətbiqi kimya şöbəsi (Gürcüstan tərəfi) bazasında formalaşdırılacaq.
Razılaşma Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Baş direktoru akademik Dilqəm Tağıyev və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Grigor Tatişvili tərəfindən imzalanıb.
Tehsil-press.az