Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimi Almaniyada ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimi Almaniyada ezamiyyətdə olub Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov Almaniyanın paytaxtı Berlin şəhərindəki Texniki Universitetində ezamiyyətdə olub.
Ezamiyyət “Horizon 2020” Avropa İttifaqının tədqiqat və innovasiya qrant müsabiqəsi çərçivəsində hərtərəfli təkliflərin hazirlanması və bununla bağlı yeni nanokarbon materiallarının sintezi və tətbiq sahələrinin araşdırılması, eləcədə müştərək iş proqramının tərtib edilməsi məqsədi daşıyıb.

Tehsil-press.az

Oxşar xəbərlər