“TikTok”da ucuz mobil telefon satışı adı altında 23 nəfəri aldadan şəxs TUTULDU

“TikTok”da ucuz mobil telefon satışı adı altında 23 nəfəri aldadan şəxs TUTULDU “TikTok” sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər