İranda fövqəladə vəziyyət elan edildi

İranda fövqəladə vəziyyət elan edildi İran İsrailin hücumları səbəbilə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Eyni zamanda İran hava məkanını da bağlayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər