
Bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) yayıb.
Agentliyin açıqlamasına görə, Chelonia Healthcare Limited tərəfindən istehsal edilən 500 mq-lıq parasetamol tabletlərinin 2312010 və 2312011 nömrəli partiyaları rəng dəyişikliyi səbəbilə geri çağırılıb. Sözügedən dərmanların bu il buraxıldığı və son istifadə tarixinin 30 noyabr 2027-ci il olduğu bildirilib.
"Tabletlər bir tərəfində zolaq olan ağ kapsul formasında olmalıdır. Əgər bu partiyalardan alınmış qutuların içində rəngi dəyişmiş hər hansı tablet görsəniz, dərhal əczaçıya və ya həkiminizə müraciət edin", - deyə MHRA-nın açıqlamasında qeyd olunur.
Səlahiyyətli qurum bu dərmanlardan istifadə edən şəxslərə əks təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət etməyi, səhiyyə işçilərinə isə sözügedən partiyaların paylanmasını dərhal dayandırmağı tövsiyə edib.
Tehsil-press.az