Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Yardımlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Yardımlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova iyunun 18-də Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yardımlı, Lerik rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, isğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərin ödənilməsi, torpağın sənədləşməsi, suvarma suyu ilə təminat, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra nazir müavini İlhamə Qədimova Yardımlı rayonunun Əvçədulan kəndində fermer İxtiyar Şükürova məxsus payızlıq taxıl sahəsi və Şiləvəngə kəndində Sevda Şirinovaya məxsus intensiv qoz və gilas bağlarına baş çəkib. Görüşlərdə taxıl biçini, əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər