Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq

Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “The Boston Consulting Group İnternational, İnc” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə İnformasiya texnologiyaları sənayesinin ehtiyaclarına uyğun təhsil sahəsinin təkmilləşdirilməsi üzrə məsləhət nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 932 840 AZN təşkil edir.

Xatırladaq ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) 2008-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmışdır.

Tehsil-press.az

Oxşar xəbərlər