BDU-nun kafedra müdirinin Ümummilli Lider Heydər Əliyev irsinə həsr olunmuş monoqrafiyası nəşr olunub
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfovanın Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş monoqrafiyası nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Ümummilli Lider Heydər Əliyevin irsinə dair elektron kitabxana-informasiya resursları” adlı monoqrafiyanın elmi redaktoru dosent Ələmdar Cabbarlı, ixtisas redaktoru dosent Nadir İsmayılov, rəyçisi dosent Zahidə Rzayevadır.
Monoqrafiyada Ümummilli Lider Heydər Əliyev irsinin nəzəri və metodoloji əhəmiyyəti, nəşr tarixi, tədqiqi istiqamətləri, rəqəmsal informasiya mühitində bu irsə dair kitabxana-informasiya resurslarının formalaşması və inkişaf dinamikası kimi mühüm məsələlər əksini tapıb.
Monoqrafiya müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə bütün oxucu qrupları üçün nəzərdə tutulub.
Tehsil-press.az
- Baxış: 156
Xəbərin tarixi: 18.06.2025 / 15:31
-
Oxşar xəbərlər