Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentə təqdim edib Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Misir Ərəb Rrespublikasının (MƏR) Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilib.

Azərbaycan səfirliyindən Tehsil-press.az-a verilən məlumata görə, T.Rzayev etimadnaməsini Prezident Ə.Sisiyə təqdim edib.
Azərbaycanın qədim dövlət ənənələrinə malik olduğunu, Şərqdə ilk respublika olduğunu, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı və güclü dövlət olduğunu vurğulayan səfir əsas missiyasının Misir və Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduğunu bildirib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını MƏR Prezidentinə çatdırıb.
Ə.Sisi, öz növbəsində, Prezident İlahm Əliyevə salamlarını çatdırmasını xahiş edərək, Misirin Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Daha sonra Prezident T.Rzayevə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Misirin xarici işlər naziri, Prezident Aparatının məsul şəxsləri iştirak ediblər.


Tehsil-press.az

Oxşar xəbərlər