Ovik Abramyan Dünya Bankının pullarını silah almağa yönəldir

Ovik Abramyan Dünya Bankının pullarını silah almağa yönəldir Ermənistan Dünya Bankının pulları ilə silahlanır.

Erməni mətbuatını diqqətlə araşdırdıqda 2016-cı ilin aprel ayında Ermənistanın 250 milyon dollarlıq silah aldığını və baş nazir Ovik Abramyanın bu məqsədlə Dünya Bankından aşağı faizlə alınmış vəsaitləri sərf etdiyini düşünmək olar.
Tehsil-press.az-ın məlumatına görə, Ermənistanın apreldə 250 milyon dollarlıq silah və hərbi texnika alması fikrini ortaya ilk dəfə “Haykakan jamanak” qəzeti atıb. Ermənistanın gömrük xidmətinin aprel ayı üçün dərc etdirdiyi göstəriciləri tədqiq edən qəzet yazır ki, 2016-cı ilin aprel ayında Ermənistanın idxalı 2015-ci ilin aprel ayına baxanda iki dəfədən çox artıb. Əgər 2015-ci ilin aprel ayında Ermənistana 204 milyon dollarlıq mal idxal edilibsə, 2016-ci ilin aprel ayında bu rəqəm 455 milyon dollar olub.
“Haykakan jamanak” bunu ay ərzində idxal edilən hərbi texnika və sursat ilə əlaqələndirib. Ermənistan ordusunun məhz bu sursatla aprelin sonlarında cəbhə xəttində fəallıq göstərməsi və Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutması da ehtimallar arasındadır.
Ermənistanın xarici borcunun 9 miyard dollara çatdığı və adambaşına düşən xarici borcun 3 min dollar olduğu nəzərə alınarsa, 250 milyon dolların İrəvan üçün böyük rəqəm olduğunu anlamaq olar. Təsadüfi deyil ki, aprel müharibəsi günlərində erməni mətbuatının əsas ağısı Rusiyanın kreditlə verməli olduğu 200 milyon dollarlıq silahın üzərində qurulmuşdu. Ermənilər elliklə həmin silahın gecikdirilməsindən narahat idilər.
Ovik Abramyan Dünya Bankının pullarını silah almağa yönəldir
Azərbaycan və Ermənistan ordularının hərbi texnikasının müqayisəsi (Mənbə: BBC)
Rusiya Ermənistana nisbətən dəqiq silahlar - “Smerç”, “Solntsepek” sistemləri, habelə “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” tank əleyhinə raketləri, RPG-26 qumbaraatanları, “Tiqr” zirehli maşınları, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat vasitələri, mühəndis və rabitə qurğuları, T-72 tanklarının və PDM-lərin modernizasiyası məqsədilə işlədiləcək cihaz və vasitələr söz verib. Ermənilər bununla Ermənistan ordusunun Azərbaycan ordusundan geriliyinin nisbətən aradan qaldırılacağını düşünürlər.
"Ermənistan hökuməti sosial layihələr adı altında 0,5 milyard dollar vəsait alıb"
Amma cəbhə xəbərlərindən belə görünür ki, Ermənistan ordusu apreldə əldə etdiyi həmin 250 milyon dolları silah yox, sursat - mərmilər, partronlar, kəşfiyyat vasitələri almağa sərf edib. Ermənistan ordusunun başıpozuq dəstələri aprelin sonlarında cəbhə xəttinə yaxın Azərbaycan yaşayış məntəqələrini məhz bu mərmilərlə atəşə tutmuşdu.
Mərmilərin alınması üçün vəsaitləri sərf edilən beynəlxalq maliyyə qurumlarının sırasında ilk ağıla gələn Dünya Bankı olur. Erməni şərhçi Naira Hayrumyanın yazdığına görə, bu ilin birinci yarısında Ermənistan hökuməti Dünya Bankı və digər beynəlxalq qurumlardan sosial layihələr adı altında 0,5 milyard dollar vəsait alıb. Bu layihələrin əksəriyyəti müəyyən səbəblərə görə gerçəkləşdirilməyib və borc dövlətin boynuna yazılıb.
Naira Hayrumyan həmin layihələrdən biri kimi Gərni dərəsindən keçmiş Artaşat rayonunda yerləşən Kaxsraşen kəndinə kimi su kəmərinin çəkilməsini göstərib. Layihə gerçəkləşdirilməyə başlayan kimi Gərni kəndinin sakinləri ayağa qalxaraq etiraz mitinqləri keçiriblər. Baş nazir Ovik Abramyan dərhal mitinq iştirakçıları ilə görüşüb layihəni dayandırıb.


Tehsil-press.az

Oxşar xəbərlər