

Bunu tehsil-press.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev Ermənistan tərəfinin Cənubi Qafqazda münaqişədə olan ölkələrə silah satılmasına tam qadağa qoyulması istəyinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan silah və hərbi texnikanı təcavüzkar niyyətlərini həyata keçirtmək məqsədi ilə əldə edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq öz torpaqlarını müdafiə etmək, işğal olunmuş torpaqları düşməndən azad etmək üçün xaricdən silah və texnika alır: "Maraqlıdır, bu ideya niyə məhz indi cənab Şavaş Koçaryanın ağlına gəlib?! Əlbəttə, bu təsadüfi deyil. Azərbaycan ordusunun ildən-ilə güclənməsi, döyüş qabilliyətinin durmadan artması, ən başlıcası isə bu ilin aprel ayının 2-dən 5-dək olan dövrdə cəbhə boyu erməni təxribatına cavab verərkən erməni silahlı birləşmələrini acınacaqlı məğlubiyyətə uğratması Ermənistan rəhbərliyini şoka salıb. Onlar hələ də bu şokdan ayıla bilmirlər.
Tehsil-press.az