
Təlimin əsas mövzusu “DOST Agentliyi tərəfindən göstərilən xidmətlər” olub.
DOST-un mətbuat katibi Şahin Əliyev bildirib ki, DOST bu sahədə Azərbaycanın gələcəyinə təsir edən taleyüklü yenilikdir: "Azərbaycanın gələcəkdə müasir inkişaf etmiş dövlətlər səviyyəsində olmasına səbəb ola biləcək bir sistemli konseosiyadır".
Qeyd edək ki, "Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Tehsil-press.az