"Özəl universitetlər hələ də dövlət universitetlərinin nüfuzuna çata bilməyib" – Məleykə Abbaszadə

"Özəl universitetlər hələ dövlət universitetlərinin nüfuzuna çata bilməyiblər".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələrinin birinci günündə qeyd edib.

Ancaq o, bir özəl universitetin istisna olduğunu vurğulayıb:

"Həmin universitetin adını çəkə bilmirəm, amma ballara baxsanız, görəcəksiniz. Kifayət qədər yüksək bal toplayan abituriyent orada təhsil almaq istəyir".

Tehsil-press.az

Oxşar xəbərlər