
Harmancı müsahibəsində 2020-ci ildə COVİD-lə bağlı yaradılan Operativ Qərargahda Emin Əmrullayevlə birgə çalışdığını xatırladıb.
O bildirib ki, tanışlıqlarından bir-iki həftə sonra E.Əmrullayev nazir təyin edilib (E.Əmrullayev 27 iyul 2020-ci ildə nazir vəzifəsinə gətirilib – red.).
E.Əmrullayevin Harmancını təsirləndirməsinin səbəbi isə Operativ Qərargaha kovidlə bağlı məlumatların küçə-küçə gəlməsi olub. Belə ki, dəqiq statistika mərkəzdə cəmləşib və E.Əmrullayev bütövlükdə Bakını deyil, virusun yayıldığı küçələri qapatmağı təklif edib.
Tehsil-press.az