Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam

Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm konsert proqramı təqdim olunub.

Rəsmilərin, Şuşa sakinləri və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər.

Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə yekun vurulub.
Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam
Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam
Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam


Tehsil-press.az


Oxşar xəbərlər