Vokal Musiqi Məktəbinin tələbələri BSU-da konsert proqramı ilə çıxış ediblər

Vokal Musiqi Məktəbinin tələbələri BSU-da konsert proqramı ilə çıxış ediblər Bakı Slavyan Universitetində (BSU) Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin üzvləri “Vətənim Azərbaycandır” adlı konsert proqramı ilə çıxış ediblər.
Xalq artisti Fidan Hacıyeva dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə konserti açıq elan edib. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Avropa klassik musiqisi, Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Fikrət Əmirov, Elza İbrahimova, Ramiz Mirişli və başqalarının əsərlərindən ibarət musiqi nömrələri, mahnılar, ariya və romanslar təqdim olunub.
Sonda Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər