BDU-da Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı

BDU-da Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.
Konsertdən öncə Kimya fakültəsinin II kurs tələbəsi Səbinə İbrahimxəlilovanın “Yeddi gözəl” adlı sərgisinə baxış keçirilib.
Musiqişünas Vəfa Abbasova dahi bəstəkarın həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin bütün janrlarında çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir.
Sonra konsert proqramı təqdim olunub. Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Teyyub Aslanov bəstəkarın “Odlar ölkəsi”, “Azərbaycan elləri”, “1001 gecə” baletindən duet - 1001 gecəni düşünərkən”, “Gülüm” romansı, “Bulaq başında”, “Böyük dayaq” kinofilmindən “Pərişanın mahnısı”, “Aşıqsayağı”, “Sevil” operasından “Balaşın mahnısı”, “Fantaziya”, “Reyhan”, “Laylay”, “Kor ərəbin mahnısı”, “Baharımsan”, “Gözəlim sənsən”, “Mən səni araram”, “Aslanın mahnısı” və “Gözün aydın” musiqili komediyasından “Rəqs” musiqi əsərlərini ifa ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər