DİM-in əməkdaşları Təhsil və Peşə Mərkəzlərinin I Tanıtım Sərgisində iştirak ediblər

DİM-in əməkdaşları Təhsil və Peşə Mərkəzlərinin I Tanıtım Sərgisində iştirak ediblər Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin əməkdaşları Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının tərəfdaşlığı və “World” karyera və peşə mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisində iştirak ediblər.
Tədbirdə DİM-in əməkdaşları bilik və bacarıqlarını beynəlxalq səviyyədə sertifikatlaşdırmaq istəyən gənclərə beynəlxalq imtahanlar üzrə xidmətlər, Mərkəzin e-psixoloq.az elektron portalında təklif olunan konsultasiyalar və psixoloji testlər haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirdə dövlət qurumları, xarici dil kursları, xaricdə təhsil mərkəzləri, peşə təhsili məktəbləri, İT və dizayn kursları, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak ediblər.
Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisinin keçirilməsində məqsəd təhsil və peşə mərkəzlərinin fəaliyyəti və xidmətləri haqqında ictimaiyyətə daha geniş məlumat verməkdir. Sərgidə 60-a yaxın qurum və şirkət, 3 minə yaxın ziyarətçi iştirak edib.
Qeyd edək ki, DİM sərgidə rəsmi tərəfdaş qismində təmsil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər