Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “İkinci Qarabağ müharibəsi: hərbi–diplomatik uğurlar” adlı elmi konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda məruzə ilə çıxış edib.
U.Ələkbərov ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi, siyasi, hərbi gücümüzün artdığını bildirib. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib. Müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdi. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu.
Akademik 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən bəhs edib. O, Vətən müharibəsində əsgər və zabitlərimizin böyük fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərdiklərini vurğulayıb. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət idarəetməsi strategiyası olub.
Konfransda Milli Məclisin deputatı, DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosent Aydın Mirzəzadənin “Tarixi Qələbənin siyasi–ideoloji əsasları”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post–model quruculuq modeli”, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər kafedrasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədovun “44 günlük müharibə zamanı tarixi atributlarımızın bərpa olunmasının milli–mənəvi və siyasi–tarixi tərəfləri” mövzularında məruzələri dinlənilib.
Məruzəçilər və çıxış edənlər Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, 2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi qeyd edilib, son iki ildə Qarabağın, o cümlədən Şuşa şəhərinin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Vətən müharibəsi zamanı biz Böyük Zəfər qazandıq.
DİA-da Şuşa dövlət rəsm qalereyasının “Şuşanın mədəni irsi” adlı rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.
Tehsil-press.az