Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. 43 bənddən ibarət Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Sənəd Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi ilə də hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Türkiyədən sonra Rusiya ilə də müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi təhlükəsizliyin və sülhün daha etibarlı təmin olunması imkanlarını genişləndirir.
Rusiya Azərbaycanın daxili işlərinə qarışmamaq və ərazi bütövlüyü, sərhəd toxunulmazlığını bir daha təsdiq edir. Ərazi bütövlüyünə xüsusi hörmətlə yanaşdığını ifadə edir. Bəyannamədə münaqişəyə son qoyan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Tərəflərin üzərinə götürdükləri öhdəliklərin birmənalı şəkildə bundan sonra da sadiq qalacaqlarına və həmin vədlərin yerinə yetiriləcəyinə əminlik ifadə olunur. Beləliklə, Azərbaycanın yaratdığı reallıqlar qəbul, maraqlarımız tam olaraq təmin olunur. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə nəqliyyat kommunikasiyalarının açılması, layihələrin həyata keçirilməsi əsas prinsip olaraq qalır. Müttəfiqlik Bəyannaməsi potensial sülh sazişi zamanı da Azərbaycanın əlini gücləndirir. Beləliklə, Rusiya ilə müttəfiqlik həm də Ermənistana böyük zərbədir. Artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.
Bəyannamə ilə Rusiya və Azərbaycan silahlı qüvvələri arasında əməliyyat, döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi üçün yeni bir hüquqi baza yaradılır. Deməli, bu sahədə də qarşılıqlı əməkdaşlıq dərinləşəcək. Dünyanın ən qabaqcıl hərbi sənayesinə malik Rusiya Azərbaycan üçün yeni baza rolunu oynayacaq. Söhbət həm özünü təkmilləşdirmədən, həm Rusiya hərbi sənaye kompleksi ilə əməkdaşlıqdan, həm də strateji silahlardan gedir. Bu da ölkənin təhlükəsizliyi üçün kifayət qədər vacibdir. Həmçinin, tərəflər, bir-birinə beynəlxalq-hüquqi öhdəlikləri nəzərə almaqla hərbi yardım belə göstərə bilər. Sirr deyil ki, Rusiyanın hərbi imkanları çox genişdir. Odur ki, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edir.
Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Azərbaycan bir tərəfdən Böyük Britaniya, İsrail və Türkiyə ilə münasibətlərini ən yüksək səviyyəyə çatdırır, digər tərəfdən dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri, beynəlxalq güc mərkəzi olan Rusiya ilə müttəfiqlik əldə edir, balanslı siyasət yürüdərək bütün imkanları öz lehinə çevirir. Nəticədə vasitəçi ölkə, regionun ən əhəmiyyətli dövləti statusu alır. Elə qonşu Gürcüstan və İranla münasibətlərin yüksək həddə olması da buna əyani sübutdur. Azərbaycan xarici siyasətində multilateralismə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrlik dövründə irəli sürülən təşəbbüslər, atılan praktiki addımlar belə deməyə əsas verir. Azərbaycanın Qoşulmama Hərəkatındakı addımlarının real nəticəsini Vətən müharibəsi zamanı gördük. Beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəkləndi. Vətən müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması və hər iki ölkənin parlamentində təsdiqlənməsi də xarici siyasətin ən böyük uğurlarındandır. Beləliklə, Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda, xüsusən ölkənin qaz resurslarından istifadə etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsinə çevrilib. Avropa İttifaqından danışarkən, bu birliyin müharibə dövründə ölkəmizə qarşı sərgilədiyi sərin münasibətə baxmayaraq, bu ay ayırdığı 2 milyard avrodan çox krediti vurğulamaqda da fayda var.
Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Aİ Zəngəzur koridorunun açılması, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsində artıq ədalətli mövqe ortaya qoyur.
Prezident İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri və imzalanan bəyannamədən ən çox narahat olan Ermənistandır. Ermənistan Respublika Partiyasının ali orqanı bəyanat yayaraq bildirib ki, Rusiya-Azərbaycan Bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır. “Ermənistanın yeganə müttəfiqi düşmən ilə sənəd imzalayıb. Bu, Ermənistanın zəifliyi, hərbi-siyasi uğursuzluğunun, geosiyasi iflasa uğramasının nəticəsidir” – deyə bəyanatda qeyd olunub. Deməli, Ermənistan da başa düşür ki, artıq Azərbaycan onlar üçün toxunulmaz, əlçatmaz ölkədir.

Əvəz Qocayev,
AAYDA-nin İdarə Heyətinin sədrinin müavini,
YAP ərazi ilk partiya təşkilatının sədri