Sankt-Peterburqda tükürpədici qətlin təfərrüatları məlum oldu

Sankt-Peterburqda tükürpədici qətlin təfərrüatları məlum oldu Samir Vəliyev 7 günlük gəlinin meyitini necə gizlədib, qətli nə üstə törədib?

Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqda 7 günlük azərbaycanlı gəlini qətlə yetirən Samir Vəliyev istintaqdan peşəkarcasına boyun qaçıra bilib. Tehsil-press.az-ın məlumatına görə, o, özünü çox ehtiyatlı aparıb. "Şübhəli şəxs cinayətin izlərini gizlətmək üçün detallı plan hazırlayıb. O, müşahidə kameralarının olduğu yerlərdən tutmuş, həyat yoldaşının hansı paltar geyindiyini, qohumlarına nə deyəcəyinə qədər hər şeyi əvvəlcədən planlaşdırıb. O, özündən o qədər əmin olub ki, Gülnarın itkin düşməsi haqda özü polisə məlumat verib", - deyə Kirov rayonu üzrə İstintaq şöbəsinin rəis müavini Aleksandr Nesvit deyib.
Nesvit deyib ki, Samir Gülnarı təsadüfən ailə münaqişəsi zamanı öldürdüyünü deyib. Mübahisəyə səbəb ərin telefonunun cərəyanının tükənməsi olub. Gülnar telefonu "zaryadkaya" qoyduğunu desə də, ehtimal edilir ki, o, bunu etməyi unudub.
"O, elə düşünüb ki, onu hər zaman aldadıblar. O, düşünüb ki, əgər mənə belə xırda məsələlərdə yalan danışırlarsa, deməli, hər zaman yalan deyirlər". O həmçinin qeyd edib ki, Samir özündən 10 yaş kiçik Gülnarı qısqanırdı və hər şeyə görə hesabat verməyi nitələb edirdi.
Samir qətli törədəndən sonra cinayətin izlərinin itirilməsi haqda düşünməyə başlayıb. Kişi qızın meyitini torbaya qoyub öz böyük qardaşına zəng edib. Onlar bağa gedəcəkləri haqda sözləşiblər. O qardaşından tikinti tullantılarının olduğu paketləri maşına yığmağı xahiş edib, həmin paketlərdən birində Gülnarın meyiti olub. Qardaşı Samirdən Gülnarın harada olması haqda soruşanda o cavab verib ki, həyat yoldaşı yatır.
"Qeyd etmək lazımdır ki, Samir öz telefonunu qəsdən evdə qoyub ki, onun yerini müəyyən etmək mümkün olmasın", - deyə Aleksandr Nesvit qeyd edib
Bağa gələn kişi arvadının meyitini bataqlığa aparıb və üstünü torpaqla örtüb ki, bir müddət sonra ora qayıdıb yenidən meyiti gizlədə bilsin.
Nesvitin sözlərinə görə, cinayətkar özünü o qədər təbii aparıb ki, qohumlar nəyin baş verdiyini anlamayıblar. "Onun qardaşı dindirmələr zamanı ağlayırdı".
Sankt-Peterburqda tükürpədici qətlin təfərrüatları məlum oldu
Qohumlar cavan gəlinin harada olduğu haqda soruşanda isə əri onun qadın məsləhətxanasına getdiyini və Gülnarın hansı paltarda olduğunu unutduğunu bildirib. Bundan sonra o, gənc qızın geyinə biləcəyi bir dəst geyimini gizlədib ki, heç kəs yalanın üstünü açmasın.
Sonra o, bağa gedib və meyitin yenidən gizlədib. Samir həmçinin anlayırdı ki, nəqliyyat vasitələrində və taksidə getsə, bu, sonradan ona problem yarada bilər. Ona görə ər velosipeddən istifadə etməyə qərar verib. O, xanımının meyitini iri çantaya qoyub və bel götürüb yaxınlıqdakı meşə zolağına yollanıb. Samir velosiped idmanı ilə məşğul olduğundan meyit olan velosipedi də asanlıqla idarə edə bilib.
"Qız arıq olub və ona görə də onu çantada aparmaq elə də çətin olmayıb. Beləcə o, 18 km məsafəni keçərək Ropşinski şossesinə çatıb", - deyə istintaqa yaxın mənbə bildirib. Meşədə Samir bir metr dərinliyi olan çuxur qazıb. Qəbri gizlətmək üçün o torpağın üstünə yarpaq və qamış töküb.
İstintaq qrupu qızın qəbrini tapmaq üçün xeyli vaxt sərf edib. Cəsəd tapılandan sonra isə kişi özünü yerdən-yerə vuraraq ağlamağa başlayıb. Lakin şahidlərin sözlərinə görə, bu, süni görünüb.
Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi cinayət işinin araşdırmasını davam etdirir, yaxın zamanda ekspertizanın nəticələrinin açıqlanacağı gözlənilir.
Samir Vəliyev əvvəllər də insan oğurluğuna görə məhkum olunub və həbsxanada cəza çəkib. İstintaqın fikirincə, məhz həbsdə o, cinayət izlərinin itirilməsinə dair biliklər əldə edib.

Tehsil-press.az

Oxşar xəbərlər