Fizika üzrə Nobel mükafatının laureatları bəlli oldu

Fizika üzrə Nobel mükafatının laureatları bəlli oldu 2025-ci ilin fizika üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb.

Bu barədə Nobel Komitəsinin məlumatlarına istinadla xəbər verir.

Bildirilir ki, bu il laureatlar üç amerikalı alim - Con Klark, Mişel Devoret və Con Martinis - olub.

Alimlər bu mükafata elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləşmə və enerji kvantlanması kəşflərinə görə layiq görülüblər. Onların apardıqları təcrübələrdə həm kvant-mexaniki tunel effekti, həm də enerji səviyyələrinin kvantlanması nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər