İtaliyanın Baş naziri Haaqa Məhkəməsinə verildi

İtaliyanın Baş naziri Haaqa Məhkəməsinə verildi İtaliyanın Baş naziri Ciorcia Meloni barəsində Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) iddia qaldırılıb.

Meloni bu barədə "Rai1" telekanalına müsahibəsində bildirib.

O, Fələstinin Qəzza zolağında törədilən soyqırımında iştirakda ittiham olunur.

“Bəli, məni, müdafiə naziri Quido Krozettanı, xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. Bu, tarixdə görünməmiş bir haldır”, – deyə Meloni qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər