Təqdimatda ADU-nun rektoru, akademik Kamal Abdulla, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova giriş sözü ilə tədbiri açıq elan edib.
Bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın diqqət və qayğısı nəticəsində ərsəyə gələn dərs vəsaiti və dərsliklər həm müəllimlər, həm də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası öz fəaliyyətini strateji inkişaf planının əsas istiqamətləri üzrə təşkil edir. Bu baxımdan yeni dərsliklər, dərs vəsaitləri və fənn proqramlarının hazırlanması kafedranın strateji planında önəmli yer tutur.
Vurğulanıb ki, təqdim edilən “I kurs, yeni başlayanlar üçün Fransız dili” dərsliyi müasir metodlardan irəli gələn kommunikativ bacarıqların sürətli və keyfiyyətli tətbiqi prinsipinə əsaslanır.
Dərsliyin məqsədi və vəzifələri haqqında məlumat verilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla, dərsliyin və dərs vəsaitlərinin hazırlanmasında əməyi keçən hər bir əməkdaşa təşəkkürünü bildirib və görülən işin əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbirdə ADU-nun Filologiya fakültəsi nəznində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Vəfa Seyid, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Rəfiqə Mürşüdova, dosent əvəzi Məqami Aygün, baş müəllim Xatirə Qarazadə, baş müəllim Anar Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillərin tədrisi kafedrasının müəllimi Şəhanə Əsgərova, Bakı Dövlət Universitetinin Alman-Fransız dilləri kafedrasının dosenti Xədicə Abdullayeva və professor Çəmən Babaxanova çıxış ediblər.
Qeyd olunub ki, I kurslar üçün Fransız dili dərsliyi öz unikallığı və aktuallığı ilə seçilir.
ADU tələbələri təqdim olunan dərs vəsaitləri və dərsliklərə görə rəhbərliyə, müəllimlərə və bütün əməkdaşlara təşəkkürlərini bildiriblər.
Tehsil-press.az