
Onlardan bəzilərinin dosyesini təqdim edir:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Məmmədov Vahab Feyruz oğlu - 1963-cü ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir.
1984-1987-ci illərdə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib.
1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib.
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb.
Bununla yanaşı, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib.
2015-ci il oktyabr ayının 19-dan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Dövlət başçısının 2016-cı ildə imzaladığı sərəncamla Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
"Tərəqqi" medalı ilə təltif edilən Hüseyn Fərəməz oğlu Bağırov - 1979-cu ildə Naxçıvan şəhərində doğulub. 2000-ci ildə Naxçıvan Özəl Universitetini bitirib. 2003-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləyib, 2014-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri, 2021-2023-cü illərdə isə AR Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Statistik məlumatların icmallaşdırılması və yayılması sektorunda baş məsləhətçi vəzifələrində çalışıb.
Naxçıvan MR Ali Məclisi Sədrinin 7 aprel 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.
Tehsil-press.az