Mərasimdə çıxış edən “ARB 24” telekanalının direktoru Radik İsmayılov proqramın uğurla həyata keçdiyini, gələn ilin fevralında elan ediləcək beşinci proqramda yeniliklərin gözlənildiyini qeyd edib.
Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib.
Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.
2022-ci ildən keçirilən "NewsLab" təlim proqramı çərçivəsində BDU-nun 24 məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.
Tehsil-press.az